LUTUN QONAQLARI Uca Allah buyurur: «77. Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin (başıbəlalı) bir gündür!” – dedi.» (Hud: 77). Təfsirçilər deyirlər: Mələklər – Cəbrayıl, Mikayıl və İsrafil – İbrahiminyanından ayrıldıqdan sonra göyçək oğlan simasında Sədum torpaqlarına gəldilər. Bu Uca Allahın Lut qövmünü bir daha imtahan etməsi və onların qarşısında açıq-aşkar dəlil-sübut qoymaq üçün idi. Onlar gün batana yaxın gəlib Lutun qonağı oldular. Lutonların bəşər olduğunu düşünüb, özünün onları qonaq etmədiyi təqdirdə başqasının onları qonaq aparmasından ehtiyat edirdi. «(Lut) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin (başıbəlalı) bir gündür!” – dedi.» (Hud: 77). İbn Abbas, Mücahid, Qatadə və Muhəmməd ibn İshaq ayəni belə açıqlayıblar: Bu günün bəlası çox şiddətlidir. Çünki Lutgecə qonaqlarını müdafiə etmək məcburiyyətində qalacağını bilirdi. Çünki o əvvəllər də evinə gələn hər qonağı belə müdafiə edirdi. Tayfası ona heç kəsi qonaq saxlamasın deyə tapşırıq da vermişdi. Lakin Lutbu adamların qonaq edilməsinin qaçılmaz olduğunu gördü. Uca Allah buyurur: «Onlar əvvəl də pis işlər görürdülər...» (Hud: 78). Onların bundan savayı çox böyük günahları da olmuşdur.