Rəhman və Rəhim olan Allahın adı ilə


LUT QÖVMÜNÜN HƏLAKI VƏ BAŞLARINA GƏLƏN ƏZAB



Yüklə 3,81 Mb.
səhifə201/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   197   198   199   200   201   202   203   204   ...   532
LUT QÖVMÜNÜN HƏLAKI VƏ BAŞLARINA GƏLƏN ƏZAB
Uca Allah buyurur: «36. And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar. 37. Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” – (dedik). 38. And olsun ki, səhər tezdən onları əbədi bir əzab yaxaladı.» (əl-Qəmər: 36-38).

Təfsirçilər və digər elm adamları deyirlər ki, Allahın peyğəmbəri Lut qövmü içəri girməsin deyə onlara mane olurdu. Evin qapısı bağlı idi. Camaat qapını açmağa cəhd edir, Lut isə qapı arxasından onlara xəbərdarlıq edir, hədə gəlirdi. O, şəhvətlərini soyutsunlar deyə bütün məqbul variantları onlara təklif edirdi. Çıxılmaz hala düşdükdə o dediyini dedi: «80. (Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim”» (Hud: 80). Bu imkanım olsaydı sizi cəzalandırardım.

Mələklər «dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər.» (Hud:81). Deyilənə görə Cəbrail onların qarşısına çıxıb bir göz qırpımında qanadının kənarı ilə onların üzünə vurur və hamısının gözü kor olur. Deyilir ki, hətta onların üzü tam dəyişilir. Üzdə nə göz, nə də bir yara əlaməti qalmır. Onlar divarlardan tuta-tuta gəzir, Allahın peyğəmbərini təhdid edir və deyirdilər: Səhər açılandan sonra yenə öz halımıza qayıdar və onda işinə baxarıq!

Uca Allah buyurur: «37. Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” – (dedik). 38. And olsun ki, səhər tezdən onları əbədi bir əzab yaxaladı.» (əl-Qəmər: 37-38). Bu səbəbdən mələklər Luta yaxınlaşıb gecənin sonunda ailəsi ilə birlikdə şəhərdən çıxmasını tapşırdılar. «Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın.» (Hud: 81). Yəni qövmünə verilən əzabın səsini eşitdikdə çönüb geri baxmayın. Mələklər həmçinin Luta ailəsinin arxasınca getməyi tapşırmışdılar.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin