Rəhman və Rəhim olan Allahın adı ilə


«üzərinə odda bişmiş bərk daşlar yağdırdıq.»



Yüklə 3,81 Mb.
səhifə203/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   199   200   201   202   203   204   205   206   ...   532
«üzərinə odda bişmiş bərk daşlar yağdırdıq.» (Hud: 82). Daşlar bərk olmaqla yanaşı ardı-arası kəsilmədən yağırdı. Yağan daş kimə dəyib məhv edəcəkdisə, üzərində də onun adı yazılmışdı. Uca Allah buyurur: «həddi aşanlar üçün sənin Rəbbinin dərgahında (daşların üzərinə) xüsusi nişan qoyulmuşdur!» (əz-Zariyat: 34). Digər ayədə deyilir: «Onların üstünə bir yağış yağdırdıq. (Peyğəmbərlər vasitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!» (ən-Nəml: 58). Başqa ayədə buyurulur: «53. (Lut qövmünün yurdu) Mötəfikənin də altını üstünə O çevirdi. 54. Onları nələr sardı, nələr! 55. Sən öz Rəbbinin hansı nemətlərinə şəkk edirsən?!» (ən-Nəcm: 53-55). Yəni qaldırıb yerə vuraraq alt-üst etdi. Onların üzərinə ardı-arası kəsilməyən bərk daşlar yağdırdı. Hər daş kimə dəyəcəkdisə üzərində adı həkk olunmuşdu. Daşlar həm hadisə zamanı orada olanlara, həm də təsadüfən səfərdə və iş-güc dalınca gedənlərə də dəyirdi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin