Rəhman və Rəhim olan Allahın adı ilə


"SİZ SƏHƏR VAXTI ONLARIN YURDUNDAN KEÇİRSİNİZ"



Yüklə 3,81 Mb.
səhifə206/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   202   203   204   205   206   207   208   209   ...   532
"SİZ SƏHƏR VAXTI ONLARIN YURDUNDAN KEÇİRSİNİZ"
Uca Allah onların yaşadıqları ərazilərin yerində suyu üfunət iyi verən göl yaratdı216. Onun nə suyu, nə də ətraf əraziləri istifadəyə yararlı deyil. Çünki həmin yerlər xarab və rəzil edilmişdir. Bu Uca Allahın əmrinə xilaf çıxan, peyğəmbərlərini yalançı hesab edən, öz istəklərinə uyan və Xaliqinə asi olanlardan intiqam alması üçün Onun qüdrətinə, əzəmətinə və izzətinə dəlalət edir. Bu hadisə hər kəs üçün ibrət dərsi, örnək və vəzdir. Hadisə, mömin bəndələrin fəlakətlərdən xilas edilməsi və zülmətdən nura çıxarılması kimi ibrətamiz məqamlarla Uca Allahın mömin bəndələrinə qarşı mərhəmətli olmasını təkid edir. Uca Allah buyurur: «8. Şübhəsiz ki, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər. 9. Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!» (əş-Şuəra: 8-9).

Digər ayədə deyilir: «73. Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü. 74. Onların altını üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. 75. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! 76. Həqiqətən, həmin yer (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabalıqları, Qureyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır! 77. Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır!» (əl-Hicr: 73-77). Kim düşüncəli və təcrübəli gözlə baxarsa Uca Allahın bu yerləri və əhalisini necə dəyişdiyini, yaşayış və tikintilərlə zənginlikdən sonra həlak olub yoxa çıxmasını dərk edər. Uca Allah buyurur: «137. Siz səhər vaxtı onların yurdundan keçirsiniz; 138. Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?» (əs-Saffat: 137-138).

Başqa ayədə deyilir: «35. Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq.» (əl-Ənkəbut: 35). Uca Allah buyurur: «35. Nəhayət, orada (Sədumda) olan möminləri çıxartdıq. 36. Lakin orada bir evdən başqa müsəlman tapmadıq. 37. Və orada şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq.» (əz-Zariyat: 35-37). Yəni axirət əzabından qorxan, görmədiyi halda ər-Rəhmandan çəkinən, Rəbbinin hüzurundan ehtiyatlanan, nəfsini aldadıcı istəklərdən qoruyan, Allahın haram buyurduqlarından çəkinən, Ona asilik etməyən, Lut qövmünə bənzəməkdən həzər edən bəndələr üçün orada ibrətamiz bir nişanə qoyduq. Həqiqətən kim özünü kimə bənzədirsə o da onlardan hesab olunur. Bu bütün vəchlərlə də olmasa, bəzi vəchlərlə ola bilər. Şairlərdən biri belə deyərdi:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin