Rəhman və Rəhim olan Allahın adı ilə


Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!



Yüklə 3,81 Mb.
səhifə213/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   209   210   211   212   213   214   215   216   ...   532
191. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Əş-Şuəra: 176-191).

ŞUEYBİN  QÖVMÜ
Mədyən camaatı ərəb tayfalarından idi. Onlar Şam vilayətinin Ərəbistan yarımadası civarında, Məan torpaqlarının Mədyən şəhərində məskunlaşmışdılar. Bu yer Lut qövmünə aid gölün yaxınlığında yerləşirdi. Mədyən qəbilə adıdır və şəhər də bu adla tanınmışdır.

ŞUEYBİN  ÖZ QÖVMÜNÜ TÖVHİDƏ DƏVƏT ETMƏSİ


Mədyən əhalisi kafir idilər. Onlar yol kəsib quldurluq edir, gedib-gələnləri qorxudur, əl-Əykəyə ibadət edirdilər. Əykə, ətrafı kol-kosla sarılmış ağac idi. Ümumiyyətlə bu tayfa ən pis davranışlı idi. Onlar çəkidə və ölçüdə aldadır, az çəkirdilər. Artıqlaması ilə alır, haqqını isə az ödəyirdilər. Allah onların özlərindən bir nəfəri peyğəmbər göndərdi. Bu Allahın elçisi Şueyb idi. O qövmünü heç bir şəriki olmayan vahid Allaha ibadət etməyə çağırır, etdikləri çirkin işlərdən – çəkidə və ölçüdə aldatmaqdan, yol kəsib quldurluq etməkdən, gedib-gələnləri qorxutmaqdan əl çəkməyə dəvət edirdi. Qövmündən bəziləri ona iman gətirdi, əksəriyyəti isə küfr etdi. Sonda Uca Allah onlara sarsıdıcı əzabını göndərdi. Həqiqətən Allah həmd olunan Hamidir, Dostdur.

Uca Allah buyurur: «85. Mədyən tayfasına da qardaşları Şueybi (peyğəmbər) göndərdik. (Şueyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq İlahınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi.» (əl-Əraf: 85). Sizə açıq-aşkar dəlil və sübut göstərilmiş, dediklərimin doğruğulunu və Onun tərəfindən göndərildiyimi təsdiq edən tutarlı əsaslar verilmişdir. Bu əsaslar Uca Allah tərəfindən Şueybə verilmiş möcüzələr idi. Bu möcüzələrin təfsilatı bizə bəlli deyil. Deyilən sözləri də ümumən onun möcüzəsinə daxildir.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin