«91. Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük.» (Hud: 91).Rəvayətə görə İbn Abbas, Səid ibn Cubeyr və Sovri: "Şueybin gözləri kor idi"222 – deyirdilər.
«Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik.» (Hud: 91).Bu onların açıq-aşkar küfrünün və iyrənc inadkarlığının nümunəsidir. Onlar belə deyirdilər: «Ey Şueyb! Dediklərinin çoxunu başa düşmürük.» Başa düşmür, dərk etmirik. Çünki biz bu dediklərini sevmir, istəmirik. Bizim bunları öyrənməyə həvəsimiz də yoxdur. Bu deyilənlər Qüreyş kafirlərinin Muhəmməd Peyğəmbərə dedikləri sözlərlə eynidir: «5. (Ey Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik!» (Fussilət: 5).
Biz sənə camaat tərəfindən təcrid olunmuş bir adam kimi baxırıq. Əgər sənin qəbilən və əşirətin bizimlə olmasaydı səni daşqalaq edərdik. «Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!”»