«92. (Şueyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki,» Qəbiləmdən və əşirətimdən qorxub mənə qarşı ehtiyatlı davranırsınız. Amma Allahın əzabından heç qorxmursunuz? Mənim Allah elçisi olduğumu bilib mənə qarşı xoş davranmırsınız? Sizə görə mənim nəslim sizin üçün Allahdan daha əzizdir. «Onu unudub saymırsınız?» (Hud: 92).Allahın qədir-qiymətini arxaya atırsınız. «Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir!» (Hud: 92).O, sizin nə etdiyinizi bilir. O hər şeyə nəzarət edir və hüzuruna qayıdacağınız gün bunlara görə əzabınızı verəcəkdir.