ŞUEYBİN ÖZ TAYFASINI ALLAHIN ƏZABI İLƏ XƏBƏRDAR ETMƏSİ «93. Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!”» (Hud: 93).Bu ciddi hədə-qorxu və əzab vədinin əmridir. Tutduğunuz yolda davam edin. Kimin qurtulacağını, kimin isə həlak olacağını sonra dərk edəcəksiniz. Bu dünyada kimin əzabla həlak olacağını, axirətdə isə kimin daimi əzaba düçar qalacağını anlayacaqsınız. «kimin yalançı olduğunu biləcəksiniz.»Mənim, yaxud sizin yalançı olduğu ortaya çıxacaqdır.