87. Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!
88. Siz onun verdiyi xəbəri (Quranda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud Qiyamət qopandan) sonra mütləq biləcəksiniz!”» (Sad: 67-88).
Bu, Qurani Kərimin müxtəlif yerlərindən Adəmin yaradılması haqqında xatırlatdığımız ayələrdir. Bu ayələrin hamısını "Təfsir" kitabımızda açıqlamışıq. İndi isə bu ayələrin məzmununu və bununla bağlı Muhəmməd Peyğəmbərdən r rəvayət olunan hədisləri xatırladacağıq. Yardım yalnız Allahdandır.
MƏLƏKLƏRİN ADƏMİN YARADILIŞ HİKMƏTİ BARƏDƏ SORUŞMASI
Uca Allah bildirir ki, O, mələklərə xitab edib demişdir: «Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam» (Bəqərə: 30). O, yaratmaq istədiyi Adəm və onun yer üzünün varisləri olacaq nəsli barəsində mələklərə xəbər verdi. Necə ki, ayədə deyilir: «(Ey insanlar!) sizi yer üzünün varisləri təyin edən Odur.» (əl-Ənam: 165). Digər ayədə isə deyilir: «Sizi yer üzünün varisləri edən kimdir?»2 (ən-Nəml: 62). Uca Allah, hansısa əhəmiyyətli bir hadisə barədə əvvəlcədən xəbər verdiyi kimi, Adəmi və onun zürriyətini yaratmasını da öyünmək üçün əvvəlcədən onlara xəbər verdi.
Mələklər isə bu yaradılışın hikmətini öyrənmək və bilmək üçün sual verib dedilər: «Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» (əl-Bəqərə: 30).
Bəzi cahil təfsirçilərin: "Mələklər bu sözlərini narazılıq bildirmək, yaxud Adəm övladını hörmətdən salmaq və ya onlara həsəd aparıb deyirdilər", – demələri xətalıdır.
Deyilənə görə mələklər Adəmdən öncə yaradılmış cinlərdən bu kimi əməlləri (qan tökmək, fitnə-fəsad törətmək və s. tərc.) gördükləri üçün yer üzündə yaradılanların çox vaxt eyni xüsusiyyətdə olduqlarını düşünürdülər. Daha doğrusunu Allah bilir.
Dostları ilə paylaş: |