Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə221/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   217   218   219   220   221   222   223   224   ...   532
ƏYKƏ ƏHLİ DƏ ŞUEYBİN  TAYFASIDIR.
Əykə əhli, Mədyən əhlindən deyil, ayrı tayfadırlar deyən Qatədə və digər təfsirçilərin bu sözü tutarlı söz deyil. Onların bunu deməyə iki əsasları vardır:

Birincisi: Uca Allah buyurur: «176. Əykə əhli də peyğəmbərləri təkzib etdi. 177. O zaman ki, Şueyb onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?» (əş-Şuəra: 176-177). Ayədə onların Şueybə "qardaş" olduqları deyilməmişdir. Necə ki, digər ayədə deyilmişdir: «85. Mədyən tayfasına da qardaşları Şueybi (peyğəmbər) göndərdik.» (əl-Əraf: 85).

İkincisi: Onların buludlu günlə, digərlərinin isə sarsıdıcı silkələnmə və tükürpədici səslə məhv edildiyi deyilmişdir.

Birinci əsasın cavabı belədir: «176. Əykə əhli də peyğəmbərləri təkzib etdi.» Ayədə onlar Əykəyə ibadət etməklə vəsf olunurlar. Belə bir məqamda Şueybin onlara qardaş olmasını demək düzgün olmaz. Amma digər ayədə tayfadan söhbət getdiyi üçün Şueybin onlara qardaş olduğunu demək də münasib olmuşdur. Bu fərq çox dəyərli nümunədir.

Onların buludlu günlə həlak olması, onların ayrı tayfa olması anlamına gəlirsə, o zaman onların sarsıdıcı silkələnmə və tükürpədici səslə həlak olmaları onların iki fərqli tayfa olmaları anlamına da gəlir. Amma təfsirdən cüzi anlayışı olan insan belə bir fikir söyləməz.

Həmçinin Uca Allah Əykə əhlini də Mədyən əhlini məzəmmət etdiyi: çəkidə və ölçüdə aldatmaq kimi – əməllərlə qınamışdır. Bu onu göstərir ki, onlar eyni tayfadırlar. Sadəcə olaraq onlar müxtəlif əzablarla həlak ediliblər. Uca Allah hər məqamın özünə uyğun əzab növünü xatırlamışdır.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin