Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə225/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   221   222   223   224   225   226   227   228   ...   532
İSMAİL PEYĞƏMBƏR

e yd etdiyimiz kimi İbrahimin bir neçə oğlan övladları var idi. Onların ən çox tanınanı iki əzəmətli peyğəmbər və elçi olan qardaşlar idilər. Bu qardaşların həm böyüyü, həm də ən hörmətlisi qurbanlıq İsmail idi. O İbrahimin Misirli qibti Həcərdən (ona Allahın salamı olsun) olan ilk övladı idi. Daha doğru rəyə görə qurbanlıq İsmail idi. Qurbanlığın İshaq olduğunu deyənlər bu fikri Tövratı və İncili təhrif etmiş və xüsusilə bu mövzu barədə əllərində olan həqiqi kitablara zidd məlumatlar yayan İsrail oğullarının hekayələrindən götürüblər. Belə ki, İbrahimə birinci oğlunu qurban kəsmək əmri verilmişdi. Hər bir halda bu yalnız İsmail ola bilər. Onların kitablarında223 deyilir ki, İbrahimin səksən altı yaşı olanda oğlu İsmail dünyaya gəlir. İshaq isə İbrahimin yaşı yüzü keçəndən sonra dünyaya gəlmişdir. Belə olan halda İsmail birinci övladdır. Bunun oyan-buyanı yoxdur. Hər bir halda vəsf və məna baxımından o birinci övladdır. Vəsf baxımından ona görə ki, ondan sonra onun on üç ilə yaxın uşağı olmamışdı. Məna baxımından isə ona görə ki, İbrahimin anası ilə birlikdə hicrət etdiyi övladı o idi. Deyilənə görə o zamanlar o südəmər körpə idi. İbrahim onları Faran dağlarının çökəkliklərində qoyub getmişdi. Bu dağlar Məkkənin əhatəsindəki dağlardır. İbrahim onları orada qoyub getdikdə, onlarla az miqdarda qida və su var idi. O bunu sırf Allaha inanaraq və təvəkkül edərək etmişdi. Uca Allah Öz diqqəti və himayəsi ilə onları əhatə etdi. O necə də gözəl hamidir. Buna görə o həm vəsf, həm də məna baxımından İbrahimin o zaman mövcud olan yeganə oğlu idi. Amma bu sirri başa düşən varmı?! Bu işin öhdəsindən gələn haradadır?! Mənanı yalnız ağıl və dərin düşüncə sahibləri dərk edərlər!




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin