İSHAQIN ÖVLADLARI
Kitab əhlinin rəvayətlərinə görə227 İshaq Bətuilin qızı Rəfiqə ilə evlənəndə atası sağ idi və onun qırx yaşı var idi. Arvadı isə qısır idi. İshaq arvadı üçün Allaha dua etdi və o hamilə qaldı. Əkiz oğlan uşağı dünyaya gəldi.
Birinin adı ərəblərin əl-Ays adlandırdıqları Aysu idi. O rumluların atası hesab olunur.
İkincisi isə qardaşının dabanından tutub dünyaya gəldiyi üçün adını Yaqub qoymuşdular. O İsrail oğullarının nisbət olunduğu İsraildir.
YUSUF PEYĞƏMBƏR
İSRAİL PEYĞƏMBƏRİN (YƏQUBUN) HƏYATINDA BAŞ VERƏN QƏRİBƏ HADİSƏLƏR VƏ YUSUF İBN RAHİLIN HEKAYƏSİ. QURANİ-KƏRİMİN ƏHƏMİYYƏTİ VƏ MÖCÜZƏVİLİYİ.
z zət və cəlal sahibi Allah onun barəsində və başına gələnlər haqqında Qurani-Kərimdə surə nazil etmişdir. Ona görə ki, bu hadisədə olan hikmətlərdən, moizələrdən, ədəb-ərkanlardan və hikmətli işdən hər kəs nümunə götürsün.
Qovulmuş şeytanın şərrindən Allaha sığınıram.
Ər-Rəhman və ər-Rəhim Allahın adı ilə.
Dostları ilə paylaş: |