Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə234/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   230   231   232   233   234   235   236   237   ...   532
«(Yuxuda gördüyün kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq,» yəni sənə bu röyanı necə göstəribsə, sən də yuxunu başqasına danışmasan O, səni «seçib üstün tutacaq,» mərhəmət və lütfündən sənin üçün xüsusi pay ayıracaqdır. «sənə yuxu yozmağı öyrədəcək,» sənə başqalarının anlamadığı sözlərin mənasını və heç kəsin sirrini bilmədiyi yuxuların yozumunu öyrədəcəkdir. «...bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”» Sənə vəhy nazil etməklə nemətini tamamlayacaqdır. Sənin səbəbinlə ailən də dünya və axirət xeyirinə nail olacaqlar. Atan Yəquba, baban İshaqa, babanın atası İbrahim əl-Xəlilə nemət verdiyi kimi, sənə də nemət verəcəkdir. Uca Allah buyurur: «Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir...» (əl-Ənam: 124). Ona görə Peyğəmbərdən  kim daha çox səxavətlidir? – deyə soruşanda o belə demişdi: "Xəlilullahın oğlu, Allah peyğəmbərinin oğlu, Allah peyğəmbərinin oğlu Yusuf peyğəmbərdir"233.

YUSUFUN  QARDAŞLARI ONA TƏLƏ QURMAQ ÜÇÜN MƏSLƏHƏTLƏŞİRLƏR



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin