Rəhman və Rəhim olan Allahın adı ilə


Yusufun və qardaşlarının əhvalatında



Yüklə 3,81 Mb.
səhifə235/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   231   232   233   234   235   236   237   238   ...   532
7. Yusufun və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.

8. Bir zaman (Yusufun qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusuf və onun (atabir-anabir) qardaşı (Binyamin) atamıza daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

9. (Aralarında biri dedi:) “Yusufu öldürün və ya (uzaq) bir yerə atın ki, atanız könlünü yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”» (Yusuf: 7-9).

Uca Allah, bu hekayədə əks olunan ilahi nümunələri, hikmətləri, moizələri və açıq-aşkar sübutları bizim diqqətimizə çatdırır.

Atasının Yusufa və onun atabir anabir kiçik doğma qardaşı Binyaminə olan artıq sevgisinə görə qardaşları ona həsəd aparırlar. Onlar çoxluq təşkil edirdilər və deyirdilər ki, biz bu iki nəfərdən daha çox sevilməliyik. Atamız onları bizdən daha çox sevdiyi üçün «Həqiqətən, atamız açıq-aşkar səhv edir!»

Ataları onlara daha çox diqqət ayırsın və daha çox sevgi bəsləsin deyə, öz aralarında Yusufu qətlə yetirmək, yaxud geri qayıda bilməyəcəyi uzaq bir məmləkətə yola salmaq barəsində məşvərət edirdilər. Onlar bu hiyləni həyata keçirdikdən sonra tövbə etməyi də planlaşdırmışdılar.

Onlar bu barədə yekdil qərara gəldikdə

10. Bir başqası belə dedi: “Yusufu öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”. (Yusuf: 10).

Nə deyirsiniz? Mənim bu təklifim onu öldürməkdən, sürgün etməkdən və ya qərib bir məmləkətə azdırmaqdan daha yaxşıdır. Qardaşlar hamılıqla bu qərarı qəbul etdilər. Bundan sonra



11. Onlar dedilər: “Ata! Biz Yusufun xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə etibar etmirsən?


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin