12. Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”
13. (Yəqub) dedi: “Onu aparmağınız məni çox məyus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”
14. Onlar: “Biz güclü bir dəstə (on bir nəfər) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.» (Yusuf: 11-14).
Yusufun onlarla getməsini atalarından xahiş etdilər. Onlar zahirdə Yusufun onlarla gəzib-dolaşmasını, oynayıb eyninin açılmasını istəyir, daxilən isə onun üçün Allahın bildiyi bir tələni qurmuşdular.
Qoca Yəqub onlara dedi: Ey oğlanlarım! Mən gündüz vaxtı onsuz bir saat qala bilmirəm. Qorxuram onu özünüzlə aparar, başınız qarışar və qurd onu yeyər. O isə kiçik olduğu üçün qurdu özündən uzaqlaşdıra bilməz. «14. Onlar: “Biz güclü bir dəstə (on bir nəfər) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.»
Əhli-Kitabın mənbələrində deyilir ki, Yəqub Yusufu onların ardınca göndərdi. O da yolu səhv salmışdı. Sonra bir nəfər kişi ona düzgün istiqaməti göstərmişdi. Təbii ki, bu da onların növbəti səhvlərindən biridir. Yəqub övladını onlara etibar etmirdisə, onu təkbaşına onların ardınca necə göndərə bilər?!
YUSUFUN QUYUYA ATILMASI
Dostları ilə paylaş: |