22. Yusuf kamillik çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusuf: 19-22).
Uca Allah Yusufun hekayəsini, başına gələnləri xəbər verir. O, quyuya atılandan sonra oturub Allahın lütfünü və onu xilas edəcəyini gözləyirdi. Yoldan keçən karvan bir neçə adamlarını həmin quyudan su çıxartmaq üçün göndərdilər. Onlardan biri su qabını quyuya salladı. Yusuf su qabından tutdu. Həmin adam bunu görər-görməz dedi: "Şad xəbər! Burada bir oğlan uşağı var". Onlar onu ticarətlərinin satlıq bir malı olduğunu güman edirdilər. Amma Allah onların nə etdiklərindən agah idi. Allah onun qardaşlarının hiyləsini, onu tapanların Yusufu satlıq mal olduğunu iddia edib gizli iş tutduqlarını bilirdi. Buna baxmayaraq Uca Allah Yusufa görə dərhal bir tədbir görmürdü. Çünki onun bu işdə nəzərdə tutduğu əzəmətli bir hikməti, ötmüş qədəri və Misir əhalisinə mərhəməti var idi. Belə ki, Uca Allah əsir və kölə kimi göstərdiyi, sonra onu rəhbər edəcəyi bu uşağın səbəbi ilə onların dünya və axirətlərinə saysız-hesabsız faydalı bir şəxs edəcəkdi.
«21. Onu alan misirli öz arvadına: "Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək" – dedi.» Bu, Uca Allahın ona qarşı olan lütfkarlığı, mərhəməti və yaxşılığıdır. Uca Allah onu, ona vermək istədiyi dünya və axirət xeyirinə hazırlaşdırırdı.
Dostları ilə paylaş: |