Rəhman və Rəhim olan Allahın adı ilə


Belə dedi: “Bu, məni qınadığınız



Yüklə 3,81 Mb.
səhifə247/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   243   244   245   246   247   248   249   250   ...   532
32. Belə dedi: “Bu, məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”

33. (Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan, bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.

34. Rəbbi (Yusufun) duasını qəbul buyurub (qadınların) hiyləsindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!» (Yusuf: 30-34).

Uca Allah şəhər qadınlarının – əmirlərin arvadlarının, adlı-sanlı adamların qızlarının – Əzizin arvadına tənə etdiklərini, onu qınadıqlarını xəbər verir. Belə ki, onu öz köləsini tovlamaqda, ona qarşı hədsiz sevgi göstərməkdə təqsirləndirirdilər. Onların fikrincə: "Halbuki o buna layiq deyil. Çünki o da başqaları kimi bir kölədir. Kölələr isə belə sevgiyə layiq görülməzlər". Ona görə qadınlar deyirdilər: «Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.» Yəni bu qadın lazımsız bir iş tutmuşdur.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin