Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə250/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   246   247   248   249   250   251   252   253   ...   532
40. (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz!

41. Ey iki zindan yoldaşım! Sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!”» (Yusuf: 35-41).

Uca Allah Əziz və onun arvadı haqqında bildirir ki, onlar Yusufun bu işdə günahsız olduğunu bildikdən sonra onu müəyyən müddətə həbsə atmağı qərara aldılar. Belə olan təqdirdə insanların bu hadisə haqqında dedi-qodusu azalar, məsələ yaddan çıxar, insanlar isə elə düşünərlər ki, Yusuf qadını tovlayıb yoldan çıxartmaq istəyib və bu səbəbdən həbsə atılıb. Onlar zalımcasına və haqsızlıqla onu həbsə atdılar.

Amma bu Allahın Yusuf üçün yazdığı bir qədər, onun qorunması üçün bir vasitə idi. Belə olan halda o onlardan uzaq olar və qaynayıb qarışmaz. İmam Şafiinin dediyi kimi, bəzi sufilər buradan bir məna çıxarıblar: "Tapmamağın özü bir məsumluqdur"239.

Uca Allah buyurur: «36. Onunla birlikdə iki cavan oğlan da zindana atıldı.» onlardan biri şahın (məclisdə şərab süzən) saqisi, digəri isə aşpazı idi. Türklər buna "Caşəngir" deyirlər. Şah onları bir neçə işdə ittiham etdiyi üçün onları da zindana atmışdı. Onlar Yusufu zindanda görəndə siması və davranışı, özünü idarə etməsi, danışığı və əməli, Rəbbinə çoxlu ibadət etməsi, insanlarla xoş davranması onların xoşuna gəldi. Həmin cavanların hərəsi bir yuxu görmüşdü.

Təfsir alimləri deyirlər: "Onların hər ikisi yuxularını eyni gecədə görmüşdülər. Saqi görmüşdü ki, üç ədəd üzüm tənəyi yarpaq açmış və üzərində bir neçə üzüm salxımı gətirmişdir. O bu üzümləri götürüb sıxır və şirəsini şahın piyaləsinə tökür və şaha təqdim edir. Aşpaz isə yuxusunda görür ki, başının üzərində üç zənbil çörək var. Çöl quşları da üstdəki zənbildən çörəkləri yeyirlər. Hər ikisi gördükləri yuxunu ona danışdılar və yuxunu yozmağı xahiş edib dedilər. «Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!» Yusuf onların yuxularının mənasının nə olduğunu bildiyini onlara çatdırdı və dedi: «Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm». Bəziləri deyirlər ki, bunun mənası odur ki, siz nə yuxu görürsünüz görün, mən o yuxu baş vermədən öncə onun mənası haqqında xəbər verə bilərəm. Yuxu da mən deyən kimi olacaq. Bəziləri isə deyirlər ki, bu ayənin mənası budur ki, mən sizə gətiriləcək yeməyin nə cür olduğunu, şirin və ya turş olduğunu deyə bilərəm. İsa da belə edərdi: «Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm.» (Ali İmran: 49)."

Yusuf onlara deyirdi ki, bu Rəbbimin mənə öyrətdiyi bir işdir. Çünki mən ona iman gətirmişəm, ibadətimdə onu tək tuturam, səxavətli atalarımın – İbrahimin, İshaqın və Yəqubun – yolunu davam etdirirəm, «Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə bəxş etdiyi nemətdir.» Bizi bu yola yönəltmişdir. «və (bütün) insanlara bəxş etdiyi nemətdir,» O, bunu insanlara çatdırmağımızı, onları doğru yola yönəltməyimizi əmr etmişdir. Bu onların fitrətinə və əsl yaradılışlarına salınmış bir etiqaddır. «lakin insanların əksəriyyəti (Ona) şükür etməz!»

Sonra Yusuf onları tövhidə dəvət etməyə başladı. Allahdan başqa ibadət olunanları məzəmmət etdi, bütləri alçaltdı, onları dəyərsiz və aciz hesab edərək dedi: «39. Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı İlahlar daha yaxşıdır, yoxsa bir olan, qadir Allah?! 40. (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır.» Allah yaratdıqlarını idarə edər, istədiyini həyata keçirər. O istədiyinə hidayət verər, istədiyini də haqq yoldan azdırar. «O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur.» Təkcə Ona ibadət edəsiniz, heç bir şeyi Ona şərik qoşmayasınız. «Doğru din budur,» Düzgün və haqq yol budur. «lakin insanların çoxu bilməz!» Məsələ bu qədər aydındır, amma əksər insanlar bu yola gəlmirlər.

Yusufun onları bu məqamda dəvət etməsi çox mükəmməl idi. Çünki onlar Yusufa dərin hörmət bəsləyir, dediklərini dərhal qəbul edirdilər. Onları soruşduqlarından daha faydalı bir işə dəvət etmək yerinə düşürdü.

Yusuf üzərinə düşən vacibi yerinə yetirdikdən, onları doğru yola dəvət etdikdən sonra dedi: «41. Ey iki zindan yoldaşım! Sizin biriniz yenə ağasına şərab içirdəcək,» Bu saqiyə aid idi. «digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər.» Bu isə aşpaza aid idi. «Haqqında soruşduğunuz iş belə həll edilmişdir!» Bu deyilənlər mütləq baş verəcəkdir. Hədislərin birində belə deyilir: "Yuxu yozulmadıqca keçərli olmaz. Əgər yozulsa həyata keçər."240


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin