YUSUF ƏS-SİDDİQİN BƏRAƏTİ 50. (Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusufun) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların hiyləsini biləndir!”
51. (Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusufu tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar:) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin arvadı dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusufu tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!”