Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə259/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   255   256   257   258   259   260   261   262   ...   532
54. Padşah dedi: “(Yusufu) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!” – dedi.

55. (Yusuf) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”

56. Beləliklə, Yusufu o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.

57. İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.» (Yusuf: 54-57).

Padşah Yusufun namusunun pak, həyatının təmiz olduğunu biləndə dedi: «54. Padşah dedi: “(Yusufu) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!”» Onu özümə sirdaş, ən böyük dövlət məmuru, yaxın əyan edəcəyəm. Padşah onunla söhbət edib, sözünü dinlədikdən sonra işin həqiqətini bildi və dedi: «“Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!”» Yəni sənin öz məqamın və etibarın vardır.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin