İBLİSİN ADƏMƏ HƏSƏD APARMASI
"11. Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
12. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi". (əl-Əraf: 11-12).
Həsən əl-Bəsri deyir: "İblis "qiyas" edib. Elə ilk dəfə qiyas edən də o olub".
Muhəmməd ibn Sirin isə deyir: "İlk (dəfə ibadətdə) qiyas edən İblis olub. Günəşə və aya ibadət edənlər bu əməllərini qiyas10 etməklə əsaslandırıblar". Hər iki rəvayət İbn Cəririndir11.
Bu o deməkdir ki, İblis özünü Adəm ilə müqayisə edib özünü Adəmdən daha üstün saydı. Ona və bütün mələklərə şamil edilən səcdə əmrinə məhəl qoymayıb səcdə etməkdən imtina etdi.
Aparılan hər hansı bir müqayisə şəriət dəlillərinə zidd çıxarsa həmin müqayisə qeyri məqbul sayılır12.
Əslində İblisin bu müqayisəsi özü-özlüyündə qeyri məqbuldur. Çünki palçıq oddan daha xeyirli və daha faydalıdır. Çünki palçıqda mülayimlik, şəfqət və inkişaf var. Odda isə təlaş, narahatlıq, tələskənlik və yanğı vardır13.
Uca Allah Adəmi Öz əli ilə yaradıb, Öz dərgahından ruh üfürməklə şərəfləndirmiş və mələklərə ona səcdə etməyi əmr etmişdir. Uca Allah buyurur:
Dostları ilə paylaş: |