66. (Yəqub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Binyamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yəqub): “Allah dediyimizə şahiddir!” – dedi.
67. (Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”
68. Onlar ataları (Yəqubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyində bir diləyi yerinə yetmiş oldu. Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti bilməz!» (Yusuf: 63-68).
Uca Allah onların atalarının yanına qayıtdıqdan sonra nə baş verdiyini xatırladır. Onlar dedilər: «Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi.» Qarşıdakı ildə qardaşımızı bizimlə göndərməsən bizə ərzaq payı verilməyəcək. Əgər göndərsən pay veriləcək.
«65. Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır.» Daha nə istəyirik?! Bu da bizə qaytarılan malımızdır. «Biz (onun vasitəsilə) ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və» onun səbəbi ilə «(ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq.» Uca Allah bildirir ki, «Bu isə az bir ərzaqdır!» Yəqubun ikinci övladının getməsi müqabilində çox az bir ərzaqdır.
Yəqub oğlu Binyamini hədsiz dərəcədə qoruyurdu. Çünki o, onunla qardaşının iyini duyur, təsəlli tapır, Yusufun yoxluğunu əvəz edirdi. Ona görə o övladlarına dedi: «66. (Yəqub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Binyamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!» Əgər hamınız onu gətirməkdə aciz olsanız o zaman sizi üzürlü hesab edərəm.
Dostları ilə paylaş: |