Rəhman və Rəhim olan Allahın adı ilə


(Bu sözlərdən sonra Yəqub)



Yüklə 3,81 Mb.
səhifə272/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   268   269   270   271   272   273   274   275   ...   532
84. (Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Binyaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusufun müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusuf!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).

85. (Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusuf deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”

86. (Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!

87. Oğullarım! Gedin Yusufdan və qardaşından (Binyamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf: 80-87).

Uca Allah bildirir ki, onlar qardaşlarını xilas edə biləcəklərindən ümidlərini üzdükdə öz aralarında söz-söhbətə başladılar. Rubin adlı böyük qardaşları dedi: «Məgər atanız sizi Allaha and içdirib əhd aldığını bilmirsiniz?» Başınıza bir bəla gəlməyəcəyi təqdirdə Binyamini sağ-salamat qaytarıb gətirəcəyinizə dair Allaha ürəkdən and içib söz verdiniz. Siz bu vədə xilaf çıxmısınız. Əvvəllər qardaşı Yusufa qarşı səhlənkar davrandığınız kimi buna qarşı da elə davranmısınız. Mən heç bir üzlə atamın yanına gedə bilmərəm. «Atam (evə qayıtmağıma) izin və ya Allah öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam!» Bəlkə mən burada qalsam Allah elə edər ki, mən qardaşımı xilas edərəm. «O (Allah) hökm verənlərin ən yaxşısıdır.»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin