GÖZLƏNİLMƏZ HADİSƏ 88. (Yəqubun oğulları Misirə gəlib Yusufun) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”
89. (Yusuf) onlardan: “Siz cahil olduğunuz zaman Yusufa və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” – deyə soruşdu.
90. Onlar: “Yoxsa sən Yusufun özüsən?!” – dedilər. O da: “Mən Yusufam, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi.
91. Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” – dedilər.