Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə277/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   273   274   275   276   277   278   279   280   ...   532
92. (Yusuf) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir!

93. Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!” (Yusuf: 88-93).

Uca Allah Yusufun qardaşlarının onun yanına qayıtmalarını, ondan ərzaq və qardaşları Binyamini qaytarmaqla sədəqə etməsini xahiş etdiklərini xatırladır. «88. (Yəqubun oğulları Misirə gəlib Yusufun) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət üz vermişdir.» Quraqlıqdan, qıtlıqdan və ailənin çoxluğundan sıxıntıya düşmüşük. «Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik.» Əslində belə malla bizə heç kəs heç nə verməz. Sən bizə güzəşt etməklə bunu edə bilərsən. Yusuf onların mallarının tükəndiyini görüb vəziyyətlərini anladı, onlara qarşı mərhəmət və şəfqət göstərərək özünü onlara tanıtdırdı. Özünün və onların Rəbbinin işi nə cür tamamladığını xatırlatdı. Şərəfli alnını açdı və oradakı qardaşlarının tanıdıqları xalı göstərdi. «89. (Yusuf) onlardan: “Siz cahil olduğunuz zaman Yusufa və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” – deyə soruşdu.» «90. Onlar:» təəccüblə «“Yoxsa sən Yusufun özüsən?!” – dedilər.» bir neçə dəfə onun yanına gəlmişdilər amma onu tanımamışdılar. «O da: “Mən Yusufam, bu da qardaşımdır.» Bu onun dediklərinin təsdiqi, qardaşlarının ona və qardaşına qarşı göstərdikləri həsəd və hiyləgərlik barədə xəbərdarlığı idi. Ona görə o belə dedi: «Allah bizə lütf etdi.» Onun bizə olan lütfü, sədəqəsi, mühafizəsi və əzmkarlığımızı möhkəmlətməsi sayəsində bu yerə çatmışıq. Bu bizim Rəbbimizə olan ibadətimizin və sizin əməllərinizə qarşı nümayiş etdirdiyimiz səbrin məhsuludur. Həmçinin bu, atamıza qarşı xoş rəftarımızın və sevgimizin, atamızın da bizə olan güclü sevgi və şəfqətinin nəticəsidir. «Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!”»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin