Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə284/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   280   281   282   283   284   285   286   287   ...   532
«99. (Yəqub və ailəsi) Yusufun hüzuruna daxil olduqda, ata-anası onu bağrına basdı.» Yusuf qardaşlarından əlavə, xüsusi şəkildə məhz onlarla görüşdü. «və dedi: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!”» Misirdə məskunlaşın. Özünüz üçün rahat və doğru bir yer seçin.

Uca Allah buyurur: «100. (Yusuf) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı.» Deyilənə görə onun anası artıq ölmüşdü. Tövrat alimləri belə deyirlər. Bəzi təfsirçilər isə deyirlər ki, Allah təala onu yenidən diriltmişdi. Başqa alimlər isə deyirlər ki, anası onun xalası idi. Xala da ana kimidir.

İbn Cərir253 və digər alimlər deyiblər: "Quranın zahiri anlamı bildirir ki, o günə qədər onun anası sağ idi. Əhli-Kitabın buna zidd olan məlumatlarını götürmək düz olmaz. Bu fikir daha tutarlıdır." Daha doğrusunu Allah bilir.

Yusuf onları özünün yanına, taxtının üstünə aldı. Ata-anası və on bir qardaşı ona hörmət əlaməti olaraq qarşısında səcdə etdilər. Onların şəriətində bu icazəli idi. Bu başqa dinlərdə də icazəli olaraq qalır. Amma bizim dinimizdə bu qadağan olunmuşdur.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin