YƏQUBUN VƏFATI
İbn İshaq Əhli-Kitabdan rəvayət edir ki, Yəqub Misir torpaqlarında Yusufun yanında on yeddi il qaldı. Sonra vəfat etdi. O Yusufa vəsiyyət etmişdi ki, onu atası İbrahim və İshaqın yanında dəfn etsin. Suddi deyir: "O atasının cəsədini mumiyalayıb şam torpaqlarına apardı. Onu mağarada atası İshaq və babası İbrahim əl-Xəlilin yanında dəfn etdi."
Kitab əhlinin məlumatlarında deyilir ki, Yəqub Misirə daxil olanda yüz otuz yaşı var idi. Onların məlumatlarında deyilir ki, o orada on yeddi il qaldı. Bununla bərabər onlar deyirlər ki, o yüz qırx il yaşamışdı.
Bu onların kitablarında deyilən məlumatdır. Bu səhv məlumatdır. Bu ya yazıda səhv düşüb, ya özləri səhv hesablayıblar, ya da artığını siliblər. Onluqların artığını silmək onların adətindən olmadığı üçün burada da belə üslubdan istifadə etdikləri nə qədər doğru olar?!
Uca Allah əziz kitabında deyir:
Dostları ilə paylaş: |