Rəhman və Rəhim olan Allahın adı ilə


“Əlinə bir dəstə götür və onunla



Yüklə 3,81 Mb.
səhifə290/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   286   287   288   289   290   291   292   293   ...   532
44. “Əlinə bir dəstə götür və onunla (arvadını) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.» (Sad: 41-44).

ƏYYUBUN  BƏLAYA DÜÇAR OLUB SƏBR ETMƏSİ


Təfsirçilər, tarixçilər və digər elm adamları deyirlər: "Əyyub çox varlı idi. Onun əlində hər növ mal-dövlət: heyvanlar, kölələr, qoyunlar, Huran vilayətinin Bəsnə258 torpaqlarında geniş əraziləri var idi." İbn Əsakir deyir ki, bunların hamısı onun idi. Onun çoxlu övladı, geniş ailəsi var idi. Sonra bütün bunlar onun əlindən çıxdı və özü də bədənində bir çox xəstəliklərə yoluxdu. Bədənində dili və qəlbindən başqa sağ yer qalmamışdı. O bu iki əzası ilə Allahı zikr edir, səbr nümayiş etdirir və Allahdan savab umurdu. Gecə-gündüz, səhər-axşam Allahı zikr edirdi.

Onun xəstəliyi o qədər uzun çəkdi ki, heç kəs onunla oturmur, hamı ondan qaçırdı. Hər kəs onunla əlaqəni kəsdi. Təkcə həyat yoldaşı onunla ünsiyyətdə olurdu. Qadın onun haqqını ödəyir, əvvəllər ona göstərdiyi şəfqət və yaxşılıqlarını xatırlayırdı. Arvadı tez-tez ona baş çəkir, ehtiyaclarını qarşılayır, kömək edirdi. Zövcəsi zəifləyib, mal-dövləti azalmışdı. Hətta o xidmətçilik edib pul qazanırdı ki, ərinin yeməyini və ehtiyaclarını ödəyə bilsin – Allah ondan razı olsun! O əllərindən çıxmış mal-dövlət və övladlarına görə əri ilə birgə səbr edirdi. Ərinin xəstələnməsi ilə ər-arvad münasibətlərinin olmamasına, köməksiz qalmasına, ağa kimi yaşadıqdan sonra insanlara xidmətçilik etməsinə baxmayaraq o yenə də səbr edirdi. Həqiqətən biz Allahınıq və son qayıdışımız da Onadır.

Səhih hədisdə deyilir ki, Peyğəmbər  demişdir: "Ən ağır imtahana çəkilənlər peyğəmbərlər, sonra əməlisalehlər, sonra mərtəbə ilə onlara yaxın olanlardır. İnsan dini miqdarında da imtahan olunur. Əgər dinində möhkəm olsa, imtahanı da bir o qədər çox olar." 259

Bütün bu imtahanlar ancaq Əyyubun səbrini, savab ümidini, həmd-sənasını və şükrünü artırırdı. Hətta səbrdən danışılanda onun necə səbr etməyi məsəl kimi çəkilir. Onun başına gələn müxtəlif imtahanlar da məsəl kimi deyilir.

Alimlər onun neçə müddət bəlada olduğu barədə çoxlu fikirlər söyləyiblər. Ən doğrusu səhih sünnədə deyiləndir.

Ənəs ibn Malik  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Allahın peyğəmbəri Əyyubun imtahanı on səkkiz il davam etdi. Yaxın və uzaq adamlar, hamı ondan üz döndərdi. Yalnız iki qardaşından başqa. Onlar ona çox yaxın idilər. Hər gün səhər-axşam ona baş çəkərdilər. Onlardan biri digərinə dedi: "Bilirsən nə var? Allaha and olsun! Əyyub elə bir günah edib ki, yaradılmışlardan heç kəs belə bir günah etməyib." Digəri ona dedi: "O nə günahıdır elə?" O dedi: "On səkkiz ildir ki, Rəbbi ona mərhəmət etmir, başına gələn müsibəti qaldırmır." Ertəsi gün Əyyubun yanına gedəndə onlardan biri səbr etməyib bunu ona dedi. Əyyub dedi: "Mən sənin nə dediyini anlamıram. Lakin Allah təala bilir ki, mən mübahisə edən iki nəfərin yanından keçirdim. Onlar (and içib) Allahın adını çəkirdilər. Mən evimə qayıdanda onların əvəzinə (and içməyə görə) kəffarə verirdim ki, qoy Allahın adı yalnız həqiqət olan yerdə çəkilsin."260



O öz ehtiyaclarını ödəmək üçün evindən çıxırdı. Ehtiyacını bitirdikdən sonra qayıdana qədər arvadı onun əlindən tutardı. Günlərin birində arvadı bir qədər gecikdi. Uca Allah Əyyuba dayandığı yerdə vəhy etdi ki, «“Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!”» (Sad: 42). Qadın onu bir qədər gözlətmişdi. Gələndə onun baxdığını gördü. Əyyub arvadına tərəf gəlməyə başladı. Artıq Allah onun başına gələn bəlanı qaldırmışdı. O ən yaxşı vəziyyətdə idi. Qadın onu görəndə dedi: "Allah sənə bərəkət versin! Allahın bəlaya düçar olmuş peyğəmbərini görmüsən? Allah hər şeyə qadirdir. Mən sənin kimi ona bənzəyən adam görməmişəm?!" Əyyub dedi: "Mən elə həmin adamam."

Onun iki anbarı var idi. Biri buğda, digəri isə arpa üçün idi. Uca Allah iki bulud göndərdi. Buludlardan biri buğda anbarının üzərində olanda anbar dolana qədər oraya qızıl yağdırdı. Digər bulud isə arpa anbarına, anbar dolana qədər gümüş yağdırdı."261

Bu qərib hədisdir. Bu hədis mərfu deyil, daha çox movquf olmağa yaxındır262.

Əbu Hureyrə  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Allah Əyyubu sağaldanda ona qızıl çəyirtkə yağdırdı. O isə əli ilə onları toplayır və paltarına doldururdu. Ona deyəndə ki, "Ey Əyyub! Sən doyan deyilsən?" – belə cavab verdi: Ey Rəbbim! Sənin mərhəmətindən kim doyar?"263

Əbu Hureyrə  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Əyyub lüt-üryan çimirdi. Onun üzərindən qızıl çəyirtkə tökülməyə başladı. Əyyub qızılları libasına yığmağa başladı. Rəbbi onu çağırıb dedi: "Ey Əyyub! Məgər Mən sənin bu gördüklərindən daha qiymətlisini sənə verməmişəm?" Əyyub dedi: "Əlbəttə ey Rəbbim vermisən. Lakin Sənin bərəkətindən imtina edə bilmərəm."264




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin