Rəhman və Rəhim olan Allahın adı ilə


O ALLAHA AND İÇƏRSƏ, ALLAH ONU ANDINDA SADİQ EDƏR!



Yüklə 3,81 Mb.
səhifə292/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   288   289   290   291   292   293   294   295   ...   532
O ALLAHA AND İÇƏRSƏ, ALLAH ONU ANDINDA SADİQ EDƏR!
44. “Əlinə bir dəstə götür və onunla (arvadını) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.» (Sad: 44). Bu, Uca Allah tərəfindən qulu və elçisi Əyyub üçün bir rüsxət idi. Çünki o arvadına yüz çubuq vuracağına dair and içmişdi.

Deyilənə görə onun bu andının səbəbi arvadının öz hörüklərini kəsib satması idi. Başqaları isə deyirlər ki, Şeytan həkim simasına girib onun yanına gəlmiş və Əyyub üçün dərman təklif etmişdi. O da gəlib bunu Əyyuba xəbər vermişdi. Əyyub həmin adamın şeytan olduğunu dərhal anlayıb, buna görə arvadına yüz çubuq vuracağına dair and içmişdi.

Uca Allah ona şəfa verəndə dedi ki, bir dəstə çubuq götür və onunla arvadını bir dəfə vur. Bu yüz çubuq vurmaq kimi olacaqdır. Belə etdikdə o andını pozmur, sadiq çıxır.

Bu, Allahdan qorxan və Ona itaət edənlər üçün bir çıxışdır. Ələlxüsus səbr edən və savabına ümid bəsləyən həyat yoldaşına qarşı. Uca Allah bu rüsxətin ardından onun səbəbini açıqlayaraq deyir: «Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.» (Sad: 44).

Əksər fiqh alimləri and və nəzir məsələlərində bu rüsxətdən istifadə ediblər. Hətta bəziləri bu məsələdə genişliyə yol verib anddan xilas olmaq üçün hiylələr kitabı da yazıblar. Onlar kitabı bu ayə ilə başlayırdılar. Yazı əsnasında çox qəribə və qəbul edilməyən fikirlər söyləyirdilər. Biz "Əhkam" kitabına çatanda inşallah bu məsələyə toxunacağıq.

İndi isə bəzilərinin iddiasına əsasən Əyyubun oğlu olduğu iddia edilən Zülkiflin hekayəsini qeyd edək.

ƏYYUBUN OĞLU OLDUĞU İDDİA EDİLƏN ZÜLKİFLİN265 HEKAYƏSİ
Uca Allah əl-Ənbiya surəsində Əyyub peyğəmbər haqqında xəbər verdikdən sonra buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin