12. Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi.
13. Ad (qövmü), Firon (əhli), Lut qardaşları;
14. Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim (əzab) gerçəkləşdi. (Qaf: 12-14).
Bu və əvvəlki ayə bildirir ki, onlar həlak olublar, yerlə-yeksan ediliblər.
İbn Abbas deyir: ər-Rəss Azərbaycanda quyu adıdır267.
YASİN QÖVMÜ
(Onlar Yasinin şəhər əhalisidir)
QURANİ-KƏRİMDƏ ŞƏHƏR ƏHALİSİNİN HEKAYƏSİ
13. (Ey Peyğəmbər!) Sən onlara o şəhər əhlini misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.
14. O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”
Dostları ilə paylaş: |