YASİN ƏHLİNİN HƏLAK OLMASI
Uca Allah buyurur: «28. Ondan sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.» onlardan intiqam almağa üzərilərinə qoşun göndərməyə ehtiyac duymadıq. «29. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs oldu. Dərhal məhv olub getdilər.» Təfsirçilər deyirlər: "Uca Allah onların üzərinə Cəbraili göndərdi. O onların yaşadıqları ərazinin qapısından yalnız bir tükürpədici səslə qışqırdı. Onlar dərhal məhv oldular. Səsləri kəsildi, hərəkətləri dondu, tərpənən bir göz də olsa qalmadı."
Bütün bunlar dəlalət edir ki, bu şəhər Antakiya deyildir. Çünki onlar özlərinə göndərilən elçiləri təkzib etdikləri üçün məhv edilmişdilər. Amma Antakiya əhalisi isə Məsihin onlara göndərdiyi həvari elçilərinə iman gətirmiş, itaət etmişdilər. Ona görə də belə deyilir: "Antakiya Məsihə iman gətirən ilk şəhər olmuşdur."
Dostları ilə paylaş: |