Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə3/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   2   3   4   5   6   7   8   9   ...   532
(Ey Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüv­vət verəcək) nə varsa, (hamısını) sə­nə hekayə edirik. Bu sənə haqq, mömin­lə­rə isə moizə və öyüd-nəsihət olaraq gəl­mişdir! (Hud: 120).

Peyğəmbərlər haqqında Qurani-Kərimdə və Peyğəmbərin  hədislərində deyilən məlumatları ayrıca kitab halında yazan bir çox alimlər olmuşdur. Demək olar ki, bunu ilk dəfə İbn Cərir ət-Təbəri1 "Ümmətlərin və kralların tarixi", "Təbərinin tarixi" adı ilə məşhurlaşan kitabında ətraflı məlumat vermişdir. Ondan sonra bu haqda ətraflı kitab yazan İbn Kəsir əd-Dəməşqi olmuşdur.

O, İmadəddin Əbu-l-Fida İsmail ibn Ömər ibn Kəsir ibn Dov`i ibn Kəsir ibn Zər əl-Bəsrəvi əd-Dəməşqi əş-Şafiidir. O miladın 701-ci ilində Bəsrə şəhərinin yaxınlığındakı kəndlərin birində dünyaya gəlmişdir. O zaman atası həmin kənddə məscidin xatibi idi. 706-cı ildə ailəsi ilə birlikdə Dəməşq şəhərinə köçmüş və orada Şeyx Burhanəddin əl-Fizari və başqa bu kimi elm adamlarından təhsil almışdır. Məşhur alim əl-Hafiz əl-Mizzinin kürəkəni olmuş və onun yanında elm öyrənmişdir. Öz vaxtında fitva verir və dərs keçirdi. Fiqh, təfsir, nəhv və sairə elmlərə tam yiyələnmişdi. Zəhəbinin vəfatından sonra "Umm əs-Saleh" və "Təngiziy­yə" mədrəsələrinə rəhbərlik etmişdir. O, bir neçə kitab yazmışdır. Ən məşhur kitablarından "Əzəmətlu Quranın Təfsiri" (Təfsirul Quran əl-Əzim) və "Yaradılışın başlanğıcı və sonu" (əl-Bidayə və-n-Nihayə) adlı kitablarını qeyd etmək olar. O, miladın 774-cü ilində vəfat etmişdir. Allah ona rəhmət etsin! Allahdan diləyirik ki, onun miras qoyduğu bu kimi gözəl kitablarını onun sağ əməl dəftərinə yazsın.

"Yaradılışın başlanğıcı və sonu" (əl-Bidayə və-n-Nihayə) adlı kitabının bir hissəsini peyğəmbərlərin həyatına həsr etmişdir. Onun kitabında peyğəmbərlər haqqında mötəbər, zəif, hətta uydurma rəvayətlər də qeyd olunmuşdur. İbn Kəsirin məqsədi peyğəmbərlərin həyatı haqqında əldə etdiyi məlu­mat­ları, səhih və ya zəif olmasına baxmadan bir kitabda cəm etmək idi.

Müasir elm adamlarından olan çox hörmətli Şeyx Səlim ibn Eyd əl-Hilali isə adı çəkilən kitabı araşdırmış, zəif və uydurma rəvayətləri kitabdan çıxarıb yalnız mötəbər rəvayətləri saxlamaqla belə qiymətli bir əsərin işıq üzü görməsinə müvəffəq olmuşdur. Bundan əlavə o, mövzulara başlıqlar da əlavə etməklə oxucu üçün rahat mətn tərtib etmişdir.

Güman edirəm ki, ilk dəfə ana dilimizə tərcümə edilib təqdim etdiyimiz bu kitab hər bir oxucunun diqqətini cəlb edəcək, ələlxüsus dini maariflənmədə hər bir müsəlmana gözəl elm mənbəyi olacaqdır.

Uca Allahdan diləyirəm ki, bu kitabın işıq üzü görməsi üçün hər cür yardım göstərən qardaşlarımın günahlarını bağışlasın, dərəcələrini yüksəltsin... Amin!


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin