YUNUS PEYĞƏMBƏR
QURANİ-KƏRİMDƏ YUNUS HAQQINDA DEYİLƏNLƏR
Uca Allah Yunus surəsində deyir:
98. Əzab gəlməkdə ikən Yunusun ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli olubmu? (Yunusun ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik. (Yunus: 98).
Əl-Ənbiya surəsində deyilir:
87. Zün-Nunu (Yunusu) da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir haqq ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)” – deyib dua etmişdi.
88. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk! (əl-Ənbiya: 87-88).
Əs-Saffat surəsində isə belə deyilir:
Dostları ilə paylaş: |