139. Həqiqətən, Yunus da (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
140. (Ey Peyğəmbər!) Yadına sal ki, bir zaman o, dolu bir gəmiyə qaçmışdı.
141. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu.
142. (Yunus Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən balıq onu udmuşdu. (əs-Saffat: 139-142).
Püşk ona düşəndə onu dənizə atdılar. Uca Allah yaşıl dənizdən böyük bir balina göndərdi və balina onu uddu. Uca Allah balinaya əmr edib tapşırdı ki, onun nə ətini, nə də sümüyünü yeməsin. Bu sənin üçün ruzi deyildir! Balina onu götürüb bütün dənizləri dolaşdı. Deyilənə görə daha böyük bir balina o balinanı uddu. Deyirlər ki, o balinanın qarnında olduqda artıq öldüyünü düşündü. O əzalarını tərpətdikdə əzaları tərpəndi. O hələ ölmədiyini başa düşüb Allaha səcdə etdi və dedi: "Ey Rəbbim! Mən sənə elə bir yerdə səcdə edirəm ki, bəndələrindən heç kəs bu yerdə Sənə səcdə etməyib."
Elm adamları onun balinanın qarnında nə qədər qalması barədə müxtəlif fikirdədirlər. Amma onun balinanın qarnında nə qədər qaldığını Allah daha yaxşı bilir.
Balıq onunla dənizlərin dibində dolaşdıqda, duzlu dəniz dalğalarının ağuşuna düşdükdə, balıqların sübhənəllah (Allah nöqsanlardan və eyiblərdən pakdır) deyərək ər-Rəhmanı necə təsbih etdiklərini eşitdi, hətta çınqıl daşların dəni və toxumu cücərdən Allahı, yeddi qat göylərin və yeddi qat yerin, onların arasında olanların Rəbbini necə təsbih etdiklərini də eşitdi. Bu məqamda Yunis başına gələnləri və düşüncəsini əsas tutub (Uca Allahın Qurani-Kərimdə bizə çatdırdığı) duasını demişdi. Gizlini və aşkarı bilən, bəla və zərəri dəf edən, zəif səsləri belə eşidən, ən gizli işlərdən belə agah olan, dua əzəmətli olsa belə bütün duaları qəbul edən İzzət və Cəlal sahibi Allah, barəsində heç bir şübhə olmayan və əmin Peyğəmbərinə nazil etdiyi kitabında deyir. Həqiqətən O, danışanların ən doğrusu, aləmlərin Rəbbi və elçilərin İlahıdır. «87. Zün-Nunu (Yunusu) da xatırla! Bir zaman o qəzəblənərək» ailəsinin yanına «çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi» ona təzyiq göstərməyəcəyimizi «güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir haqq ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”,-deyib dua etmişdi. 88. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!» (əl-Ənbiya: 87-88).
Dostları ilə paylaş: |