Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə306/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   302   303   304   305   306   307   308   309   ...   532
YUNUSUN  FƏZİLƏTİ
«139. Həqiqətən, Yunus da peyğəmbərlərdəndir!» (əs-Saffat: 139). Uca Allah ən-Nisa və əl-Ənam surəsində onun adını digər peyğəmbərlərlə birlikdə xatırlatmışdır.

Abdullah ibn Məsud  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir"276.

İbn Abbas  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir"277. O bunu atasına nisbət edirdi.

Əbu Hureyrə  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir"278.

İmam əl-Buxari : "Xeyr, Musanı bütün məxluqatdan üstün edənə and olsun..." – deyən yəhudiyə sillə vuran müsəlman haqqında Əbu Hureyrənin  rəvayətini qeyd edir və sonra deyir: "Mən kiminsə Yunus ibn Mattadan üstün olduğunu deyə bilmərəm"279.

Bu sözlər: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir. hədisinin mənasını gücləndirir. Demək heç kəs özünü Yunusdan üstün saymamalıdır".

Hədisin digər mənası isə belə ola bilər. "Heç bir insan məni Yunus ibn Mattadan üstün tutmasın".

Bu məzmunda digər hədislər də rəvayət olunub. "Məni peyğəmbərlərdən üstün saymayın, hətta Yunus ibn Mattadan da üstün saymayın"280.

Peyğəmbər  bu sözləri Allahın digər peyğəmbərlərinə qarşı təvazökar davranaraq demişdir.

 


 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin