Kəlimullah
MUSA PEYĞƏMBƏR
O, İmranın oğludur281.
Uca Allah buyurur:
51. (Ey Rəsulum!) Kitabda Musanı da yad et! Həqiqətən o, çox səmimi idi. O bir elçi, bir peyğəmbər idi.
52. Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.
53. Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik. (Məryəm: 51-53).
Uca Allah Qurani-Kərimin bir çox yerlərində onu peyğəmbərlik, elçilik, səmimilik və yaxınlıq xüsusiyyətləri ilə xatırlamışdır. Həmçinin Quranın bir çox yerlərində onun hekayəsi bəzən uzun, bəzən isə qısa şəkildə qeyd edilmişdir. Biz bütün bunları "Təfsir" kitabımızda açıqlamışıq. Burada da inşallah Qurani-Kərimə, hədislərə və sələfdən gələn rəvayətlərə əsaslanaraq onun həyatını əvvəldən axıra qədər xatırladacağıq. Biz yalnız Allaha güvənir, yalnız ona təvəkkül edirik.
Dostları ilə paylaş: |