Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə309/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   305   306   307   308   309   310   311   312   ...   532
6. Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək. (əl-Qasas: 1-6).

Uca Allah hekayənin xülasəsini qeyd edir və bundan sonra hadisənin təfsilatını açıqlayır. Uca Allah bildirir ki, O, Öz peyğəmbərinə Musanın və Fironun xəbərini olduğu kimi xatırladır. Yəni, hadisəni olduğu kimi çatdırır. Onu eşidən özünü orada olmuş kimi hiss edəcək qədər doğru xəbər verəcəkdir.



«4. Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü.» Firon həddini aşmış, dünyanı hər şeydən üstün saymış, Uca Rəbbə itaətdən imtina etmişdi. «onun əhalisini zümrələrə bölmüşdü.» O, rəiyyətini qismlərə, növlərə və toplumlara bölmüşdü. Onlardan bir dəstəni zəif görüb zülm edirdi. Həmin bu dəstə İbrahim Xəlilullahın oğlu İshaq oğlu Yəqubun nəslindən olan İsrail oğulları idi. O zaman onlar yer üzünün ən xeyirli insanları idilər. Bu zalım, kafir, günahkar hökmdar onlara qənim kəsilmişdi. Onları qulluğa məhkum edir, ən aşağı işlərdə işlədirdi. Bununla yanaşı onların «oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!»

Onu bu çirkin işi görməyə sövq edən səbəb İsrail oğullarının öz aralarında İbrahimdən eşitdikləri rəvayəti danışmaları idi. O demişdi ki, onun nəslindən bir oğlan uşağı Misir kralını məhv edəcək. (Daha doğrusunu Allah bilir), amma deyəsən İbrahim, bu hadisə haqqında məlumatı həyat yoldaşı Saraya pislik etmək istənilən və həmin hadisədə Allah tərəfindən qorunan zaman demişdi. İsrail oğulları arasında bu müjdəli xəbər çox yayılmışdı. Qibtilər282 də öz aralarında bu haqda danışırdılar. Xəbər Firona yetişdi. Bu xəbəri onun işçiləri onunla söhbət edən zaman demişdilər. Bunu eşidən Firon İsrail oğullarının oğlan uşaqlarının öldürülməsi əmrini verdi ki, haqqında danışılan uşağı da öldürsün. Amma ehtiyat qədərin (Allahın təqdir etdiyinin) qarşısını ala bilməz.

Buna görə Uca Allah buyurur: «5. Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək. 6. Və onları yer üzündə yerləşdirib möhkəmləndirək, Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək.» Biz zəifi güclü, təhqir olunanı ağa, alçaldılmışları isə izzətli edəcəyik. Bütün bunlar İsrail oğullarının başına gəldi. Uca Allah buyurur: «57. Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq. 58. Xəzinələrdən və gözəl (bərəkət dolu) yerdən kənar etdik. 59. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını həmin yerlərə varis etdik.» (əş-Şuəra: 57-59).

Məqsəd hər nə olursa olsun, Musanın yaşamamasına nail olmaq idi. Bunun üçün hətta müəyyən adamlar təyin olunmuş və onlar hamilə qadınları qeydiyyata götürür, onların nə vaxt azad olacaqlarını müəyyən edirdilər. Doğuş vaxtı gəlib doğulan oğlan uşaqlarını götürür və həmin anda da uşaqları öldürürdülər.

Kitab əhlinin rəvayətlərində283 deyilir ki, oğlan uşaqlarının öldürülməsini əmr etməkdə məqsəd İsrail oğullarını zəiflətmək idi ki, qarşıdurma baş verdikdə onlara asanlıqla qalib gələ bilsinlər. Amma bu müəmmalı, hətta əsassız bir iddiadır. Bu deyilən fikir Musaya peyğəmbərlik verildikdən sonra düşünülmüşdü. Uca Allah buyurur: «25. (Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, möcüzələrlə) gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.» (Ğafir (əl-Mumin): 25). Buna görə İsrail oğulları Musaya belə deyirdilər: «129. (Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!”» (əl-Əraf: 129). Səhih budur ki, Firon birinci dəfə oğlan uşaqlarını Musanın doğulmasından ehtiyat edib öldürtdürürdü.

Bununla belə qəza-qədər deyirdi ki, ey özünün böyük qoşunu, güclü hakimiyyəti, geniş mülkü ilə öyünən zalım hökmdar! Heç kəsin qalib gəlmədiyi, mane ola bilmədiyi, qəza-qədərinin pozulmadığı Uca Rəbb sənin ehtiyat etdiyin oğlan uşağını elə sənin öz evində, yatağında böyüdəcəkdir. O sənin yeməyinlə qidalanacaq, suyundan içəcək. Sən onu böyüdəcək, ona böyüklük edəcəksən. Amma sən bunun sirrini anlayan deyilsən. Sən onun gətirdiyi açıq-aydın haqqı inkar etdiyin, ona vəhy olunanı təkzib etdiyin üçün sənin həm bu dünyada, həm də axirətdə həlakın onun əli ilə olacaqdır. Qoy sən və bütün məxluqat bilsinlər ki, göylərin və yerin Rəbbi Öz istədiyini edəndir. O qüvvətli və şiddətlidir. Onun intiqamı çox ağırdır. Onun köməyinin, qüvvətinin və istəyinin qarşısı alınmazdır.

Bir çox təfsir alimləri deyirlər ki, Qibtilər İsrail oğullarının oğlan uşaqlarının qətlə yetirilməsi səbəbi ilə saylarının azalması barədə Firona şikayət edirlər. O oğlan uşaqlarının öldürülməsi ilə yanaşı, böyüklərin də getdikcə ölüb qurtarmasından, İsrail oğullarının gördükləri işləri gələcəkdə özlərinin edəcəyindən ehtiyatlandı. Bu səbəbdən Firon dünyaya gələn oğlan uşaqlarının bir il sərbəst buraxılmasını, bir il isə öldürülməsini tapşırdı. Deyilənə görə Harun oğlanların bağışlanma ilində, Musa isə qətl ilində anadan olmuşdu. Ona görə Musanın anası çox narahatçılıq keçirir, hamiləliyini hamıdan gizli saxlayır, (Allahın izni ilə) onun hamiləlik əlamətləri hiss olunmurdu. Anası onu dünyaya gətirəndən sonra ona ilham olundu ki, uşağı qoymaq üçün bir sandıq hazırlasın və onu iplə bənd etsin. Onun evi Nil çayına açılırdı. Anası onu əmizdirir və təhlükə hiss etdikdə uşağı sandığa qoyub suya buraxır və ipin ucundan tuturdu. Təhlükə sovuşduqda ipin vasitəsi ilə uşağı çəkib sahilə çıxardırdı.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin