«Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər,» Uca Allah Asiyanın istədiyi faydanı ona qismət etdi. Musanın vasitəsi ilə dünyada ona hidayəti, axirətdə isə Cənnəti nəsib etdi.
«yaxud da onu oğulluğa götürərik!» Onların övladı olmadığı üçün onu oğulluğa götürdülər. Çünki onların heç bir oğlan uşaqları yox idi. Uca Allah buyurur: «Onlar bilmirdilər.» Musanı Firondan və qoşunundan xilas etməklə, Allahın nə etmək istədiyini bilmirdilər.
Kitab əhlinin məlumatlarına görə Musanı çaydan çıxaran və onu böyüdən Fironun qızı idi. Onların mənbələrində ümumiyyətlə Fironun arvadının adı hallanmır. Bu isə onların Allahın kitabında yol verdikləri səhvlərdən biridir.
Dostları ilə paylaş: |