«21. (Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxdı.» Musa dərhal təlaş içində, hara gedəcəyini bilmədiyi halda şəhərdən çıxdı və: «“Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi.»
MUSA MƏDYƏNDƏ
22. O, Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”
23. (Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlara su verən) bir dəstə adam və onlardan başqa (qoyunlarını) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz su vermirik. Atamız da ixtiyar bir qocadır” – deyə cavab verdilər.
24. (Musa) onlar üçün suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (əl-Qasas: 22-24).
Uca Allah qulu, elçisi və söhbət etdiyi peyğəmbərinin qorxu içində, Fironun adamlarından heç kəs onu görməsin deyə o tərəf, bu tərəfə baxa-baxa Misirdən çıxmasını xəbər verir. O, şəhərdən çıxanda hara gedəcəyini, hansı istiqamətdə addımladığını bilmirdi. Çünki o, bundan əvvəl Misirdən kənara çıxmamışdı.
Dostları ilə paylaş: |