«22. O, Mədyən tərəfə» bir yol tapıb «yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”» Ümid edirəm ki, bu yol məni məqsədimə yetişdirəcəkdir. Doğrudan da belə oldu. Yol onu məqsədinə doğru apardı. Məqsəd, nə məqsəd!
«23. (Musa) Mədyən kənarındakı bir quyuya çatanda» Şəhər əhalisi bu quyudan içmək üçün istifadə edirdilər. Mədyən, əl-Əykə sahiblərinin Uca Allah tərəfindən həlak edildikləri şəhərdir. Onlar Şueybin qövmü idilər. Bəzi alimlərin dediyinə görə, onlar Musanın zamanından əvvəl məhv edilmişdilər.
Musa deyilən suyun başına gəldikdə «onun başında bir dəstə adam və onlardan başqa» qoyunlarının başqa qoyun sürülərinə qarışmaması üçün onları «geri çəkən iki qadın (qız) görüb dedi:» Kitab əhlinin286 məlumatlarına görə onlar yeddi qız idilər. Bu da səhv fikirdir. Ola bilər onlar yeddi nəfər olublar, amma onlardan ikisi qoyunlara su verirdi. Əgər deyilən məlumat etibarlı olsaydı ortaq məxrəc bu fikir olardı. Amma ayənin zahirindən görünür ki, Şueybin iki qızından başqa övladı yox idi. «“Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar sulayıb getməmiş biz su vermirik. Atamız da ixtiyar bir qocadır”.» Bu çobanlar qoyunlarına su verməmiş biz suvara bilmirik. Çünki biz onların yanında zəifik. Bizim qoyun otarmağımızın səbəbi isə atamızın qocalıb əldən düşməsidir.
Uca Allah buyurur ki, «24. (Musa) onlar üçün suladı,» Təfsirçilər deyirlər: "Çobanlar qoyunlarına su verdikdən sonra quyunun ağzına böyük bir daş qoydular. Bu iki qız da gəlib yerdə qalan sudan qoyunlarına su verirdilər. Həmin gün Musa gəlib təkbaşına daşı qaldırdı, quyudan su çıxardıb qoyunlara su verdi. Sonra yenə təkbaşına daşı geri qoydu". Möminlərin əmiri Ömər deyir287: "Həmin daşı on nəfər qaldırırdı. Musa onlar üçün bir qab su çıxartdı və su onlara kifayət etdi. Bundan sonra Musa kölgəliyə çəkildi." Deyilənə görə o akasiya ağacının kölgəsində oturmuşdu. İbn Cərir288 : İbn Məsuddan rəvayət edir ki, o, ağacın yam-yaşıl olduğunu gördü və dedi: «“Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”» İbn Abbas deyir: "O, Misirdən Mədyənə qədər gəlib, ot və ağac yarpağından başqa heç nə yeməmişdi. O, ayaqyalın idi. O qədər ayaqyalın gəzmişdi ki, ayaqlarının altı soyulmuşdu. – Allahın ən seçilmiş bəndələrindən olan Musa – ağacın kölgəsində oturdu. Aclıqdan qarnı kürəyinə yapışmışdı. Sanki qarnındakı yaşıl otlar kənardan görünürdü. O, para xurmaya möhtac idi". Əta ibn əs-Saib deyir: "O, «“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”» sözlərini qadına eşitdirirdi".
Dostları ilə paylaş: |