Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə321/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   317   318   319   320   321   322   323   324   ...   532
28. (Musa) dedi: “Bu (dediyin) mənimlə sənin aranda (olan bir əhddir, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdə mənə qarşı heç bir zor ola bilməz. Allah da dediyimizə şahiddir (vəkildir)!” (əl-Qasas: 25-28).

Deyilənə görə Musa ağacın kölgəsində oturub: «“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”» -- sözlərini deyəndə qızların ikisi də bunu eşitdi. Hətta Musa onların tələm-tələsik getdiklərindən təəccüb etdi. Onlar atalarının yanına gəlib Musanın hal-əhvalını ona danışdılar. Ataları qızlarından birinə onu çağırmağı tapşırdı. «25. Sonra biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!”» Qadının açıq danışmasına səbəb Musanı şübhələndirməmək idi. Bu o qadının həyalı və ismətli olmasının nümunəsi idi. «(Musa qocanın) yanına gəldikdə başına gələnləri ona söylədi.» O başına gələnləri ona danışdı. Misir torpaqlarından çıxmasını, Fironun əlindən qaçdığını ona xəbər verdi. Qoca dedi: «“Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”» Sən onların hökm etdikləri torpaqlardan uzaqlaşmısan, onların dövlətində deyilsən. Heç narahat olma".

Bu qocanın kim olduğu barədə müxtəlif fikirlər söylənilmişdir.

Deyilənə görə o Şueybdir . Çoxlarına görə məşhur rəy budur. Bunu Həsən əl-Bəsri, Malik ibn Ənəs kimi alimlər açıq şəkildə qeyd ediblər. Bu haqda hədislərin birində də açıq-aydın yazılmışdır. Amma onun sənədində bir qədər əmma vardır.

Amma burada məqsəd odur ki, həmin kişi Musanı qonaq edib ona qarşı lütfkarlıq göstərdi. Musa da öz növbəsində başına gələnləri ona danışdı. Sonra qoca Musaya zalımların əlindən xilas olduğunu bildirdi. Elə bu söhbət əsnasında qızlardan biri atasına dedi: «“Atacan! Onu muzdla (çoban) tut,» bizim qoyunlarımızı otarsın. Sonra Musanı tərifləyib deyir: «çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”»

Ömər , İbn Abbas , Şureyh əl-Qadi, Əbu Malik, Qatadə, Muhəmməd ibn İshaq və qeyriləri deyirlər: "Qız bu sözü deyəndə atası ona dedi: "Sən onun belə olduğunu haradan bilirsən?" Qız dedi: "O, on nəfərin güclə qaldırdığı daşı təkbaşına qaldırdı. Sonra mən onu buraya gətirəndə onun önündə gəlmək istədim. Amma o: "Sən mənim arxamca gəl. Yolu səhv getdikdə çınqıl daşla mənə işarə ver və mən yolun hansı tərəfə getdiyini biləcəyəm – dedi"."




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin