Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə322/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   318   319   320   321   322   323   324   325   ...   532
«27. (Qoca) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!”» Əbu Hənifənin bəzi yetirmələri «qızlarımın birini» ayəsini əsas gətirib deyiblər: "Əgər bir adam "bu iki quldan, yaxud bu iki paltardan birini və s. sənə satdım" – deyərsə, onların alqı-satqısı doğru sayılar"289. Amma bu məsələni bir daha gözdən keçirmək lazımdır. Çünki bu alqı-satqı halında deyilən bir ifadə deyildi, bu bir təskinlik idi. Daha doğrusunu Allah bilir.

Əhmədin yetirmələri isə eyni ayəni əsas gətirib bir qarın yemək, yaxud geyim ilə icarə etməyin icazəli olduğunu deyiblər. İnsanlar da buna adət ediblər. Onlar bu məsələni İbn Macənin "Sünən" kitabında, "Muzdlunu bir qarın çörək ilə icarəyə götürmək" adlı fəsildə rəvayət etdiyi hədis ilə əsaslandırıblar.

Utbə ibn ən-Nudər deyir ki, biz Peyğəmbərin yanındaydıq və o "Ta Sin Mim" (Əl-Qasas) surəsini oxudu və Musanın hekayəsinə çatdıqda dedi: "Həqiqətən Musa ismətini qorumağa və bir qarın çörəyə görə özünü səkkiz, yaxud on illik icarəyə vermişdi."290

Bu hədis həmin sənədlə səhih deyil. Lakin hədis başqa sənədlə də rəvayət olunmuşdur.

Sonra Uca Allah buyurur: «28. (Musa) dedi: “Bu (dediyin) mənimlə sənin aranda (olan bir əhddir, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdə mənə qarşı heç bir zor ola bilməz. Allah da dediyimizə şahiddir (vəkildir)!”» Musa qaynatasına deyir ki, şərt sənin dediyin kimidir. Mən hansı müddəti istəsəm başa vuracam. Bu işdə mənə qarşı heç bir zor olmayacaq. Allah bizim bu danışığımızı eşidir və şahidlik edir. O həm mənə, həm də sənə vəkildir.

Buna baxmayaraq Musa tam və kamil müddəti, on ili başa vurur.

Buxari deyir291: "Səid ibn Cubeyr deyib ki, Heyrə adlı yerdən olan bir yəhudi məndən soruşdu: "Musa hansı müddəti başa vurmuşdu?" Mən: "Bilmirəm, ərəblərin aliminin yanına gedəndə ondan soruşar, sonra deyərəm!" – deyə cavab verdim. Mən İbn Abbasın  yanına gedib ondan soruşdum və o dedi: "O daha çox və daha xoş olan müddəti başa vurdu. Həqiqətən Allahın rəsulu bir şeyi deyirsə onu mütləq etməlidir".

EY MUSA SƏN MÜƏYYƏN EDİLMİŞ VAXTA GƏLİB ÇATDIN



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin