29. Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!”
30. (Musa) odun yanına gəlib çatdıqda, vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
31. Əsanı (yerə) at!” O əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. “Ey Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən!
32. Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq çıxsın. Əlini özünə tərəf çək ki, vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzədir. Onlar, həqiqətən, fasiq bir tayfadırlar!” (əl-Qasas: 29-32).
Az öncə qeyd etdik ki, Musa daha kamil müddəti yekunlaşdırdı. Bu mənanı «29. Musa (onillik xidmət) müddətini başa vurub çıxdıqda» ayəsindən götürmək olar.
Dostları ilə paylaş: |