17. İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!”
18. (Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
19. Axırda istədiyini də elədin. Sən nankorun birisən!”
20. (Musa) dedi: “Mən onu edərkən cahillərdən idim.
21. Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
22. Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir.” (əş-Şuəra: 10-22).
Ayənin məzmunu belədir ki, onlar hər ikisi Fironun yanına gəldilər və Allahın şəriətini qəbul edib, heç bir şəriki olmayan tək Allaha baş əyib, əsirlikdə və zülmü altında olan İsrail oğullarını hökmündən azad etməli olduğunu dedilər. İsrail oğulları Allaha ibadət etsinlər, Onu təkləşdirsinlər, dua edib yalvarsınlar deyə onları sərbəst buraxmasını tələb etdilər.
Firon isə təkəbbürlülük göstərdi, zülm və inadkarlığında davam etdi. Musaya aşağı gözlə baxır və deyirdi: «Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?» Sən bizim evimizdə böyüyən, yaxşılığımızdan bəhrələnən, illərlə ruzimizdən yeyən həmin adam deyilsənmi?!
Kitab əhlinin rəvayətlərindən292 fərqli olaraq, onun dəvət etmək üçün göndərildiyi Firon elə Musanın ondan qaçdığı Firondur. Onlara görə Musanın əzabından qaçdığı Firon o Mədyəndə olarkən ölmüşdü. Onun dəvət üçün göndərildiyi Firon başqası idi.
Ayədə deyilir: «Axırda elədiyini də elədin. Sən nankorun birisən!» Yəni qibtini öldürdün, sonra bizdən qaçdın və yaxşılıqlarımızı dandın. «20. (Musa) dedi: “Mən onu edərkən cahillərdən idim".» Bunlar baş verəndə mənə hələ nə vəhy gəlirdi, nə də kitab verilmişdi. «21. Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.»
Yanında böyütdüyünə görə ona minnət edən Firona cavab olaraq dedi: «22. Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir.» Sən mənə yaxşılıq etməyini deyirsən. Amma özün bu qədər xalqı, İsrail oğullarını qul kimi işlədir, öz işlərini onlara gördürür, xidmətçi və buyruqçu edirsən. Sonra da mənə yaxşılıq etdiyini minnət edirsən?!
Dostları ilə paylaş: |