İBLİS DƏ SƏMADA İDİ Uca Allahın İblisə: "Oradan aşağı en!" (əl-Əraf: 13), "Oradan çıx!" (əl-Əraf: 18) – deməsi İblisin səmada olmasına dəlalət edir. Buna görə Uca Allah ona oradan aşağı enməsini, ibadəti və itaəti ilə mələklərə oxşayaraq əldə etdiyi məqamdan çıxmasını əmr etdi. Üstəlik təkəbbürlük, həsəd və Rəbbinə qarşı üsyan etməklə rüsvay edilmiş və alçaldılmış halda yerə endirildi.20
HƏVVA VƏ ONUN YARADILIŞ HEKAYƏSİ Uca Allah Adəmə zövcəsi ilə birlikdə Cənnətdə məskunlaşmağı əmr edib dedi:
35. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (əl-Bəqərə: 35). Əraf surəsində isə belə deyilir: