Rəhman və Rəhim olan Allahın adı ilə


O zaman bacın gedib deyirdi: “Sizə ona baxa biləcək



Yüklə 3,81 Mb.
səhifə331/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   327   328   329   330   331   332   333   334   ...   532
40. O zaman bacın gedib deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri vurub öldürdün. Sonra Biz səni o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik. İllərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş vaxta gəlib çatdın, Ey Musa!

41. Və Mən səni Özümə (peyğəmbər) seçdim!

42. Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin!

43. Fironun yanına yollanın! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır.

44. Onunla yumşaq danışın! Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”

45. Onlar: “Ey Rəbbimiz! Bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından qorxuruq!” – dedilər.

46. (Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, eşidirəm və görürəm! (Taha: 40-46).

Uca Allah Musa ilə danışıb, vəhy edib peyğəmbərlik verdiyi gecə ona xitab edib deyir: "Sən hələ Fironun evində olarkən Mən səni izləyirdim. Sən o zaman da Mənim himayəmdə idin. Sonra Mən öz istəyim, qüdrətim və tədbirim ilə səni Misir torpaqlarından çıxardıb Mədyən torpaqlarına gətirdim. Sən bir neçə il orada qaldın. «Sonra da müəyyən olunmuş vaxta gəlib çatdın,» Bunu Mən müəyyən etmişdim. Bu Mənim yazdığım qədərə müvafiqdir. «41. Və Mən səni Özümə (peyğəmbər) seçdim!» Səninlə danışıb, elçilik verib, səni Özümə peyğəmbər etdim".




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin