Rəhman və Rəhim olan Allahın adı ilə


«45. Onlar: “Ey Rəbbimiz! bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından qorxuruq!” – dedilər.»



Yüklə 3,81 Mb.
səhifə333/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   329   330   331   332   333   334   335   336   ...   532
«45. Onlar: “Ey Rəbbimiz! bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından qorxuruq!” – dedilər.» Firon çox qəddar hakim, inadkar şeytan idi. O, Misir torpaqlarının hər tərəfinə rəhbərlik edirdi. Onun cah-cəlalı, ordusu, qoşunu və gücü onları bir bəşər olaraq qorxudurdu. Onlar ilk əvvəl Fironun onlara əzab verəcəyindən qorxurdular. Sonra Uca Allah onlara səbat verdi və «buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, eşidirəm və görürəm!» Digər ayədə də bu mənada belə deyilir: «Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidəcəyik!» (əş-Şuəra: 15).

47. Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun!

48. Bizə vəhy olundu ki, yalan hesab edənləri və üz döndərənləri əzab gözləyir!” (Taha: 47-48).

Uca Allah onlara Fironun yanına gedib onu Allahın yoluna, heç bir şərik qoşmadan təkcə Allaha ibadət etməyə çağırmağı əmr etdiyini, İsrail oğullarını da onlarla bərabər sərbəst buraxmasını, əsirlikdən və zülmdən azad etməsini tələb etməyi xatırladır. «Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik...», bu dəlil əsa və əl möcüzələri idi. «Haqq yolu tutub gedənlərə salam olsun!» Bu faydalı, mənalı və əzəmətli məhdudiyyətdir. Sonra onu yalan hesab edəcəyi təqdirdə hədələdilər və əzab vəd edərək dedilər: «48. Bizə vəhy olundu ki, yalan hesab edənləri və üz döndərənləri əzab gözləyir!”» Yəni qəlbi ilə haqqdan, əzaları ilə əməldən imtina edənləri əzab gözləyir.

Uca Allah Firon haqqında xəbər verir və deyir:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin