Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə334/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   330   331   332   333   334   335   336   337   ...   532
49. (Firon:) “Elə isə Rəbbiniz kimdir, ya Musa?” – deyə soruşdu.

50. (Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”

51. (Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?”

52. (Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!”

53. O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik.

54. (Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün əlamətlər vardır!

55. Sizi də ondan yaratdıq. Sizi oraya qaytaracaq və bir daha oradan dirildib çıxardacağıq. (Taha: 49-55).

Uca Allah bildirir ki, Firon Yaradanı inkar edərək belə dedi: «“Elə isə Rəbbiniz kimdir, ya Musa?”» «50. (Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”» Bizim Rəbbimiz məxluqatı yaradan, onların nə edəcəklərini, ruzilərini və əcəllərini əvvəlcədən elmi ilə bilən və bütün bunları Öz dərgahındakı "Lovhul-Məhfuz"da293 yazan, hər bir məxluqu öz qədərinə müvəffəq edən Allahdır. Beləliklə O Öz elmi və qədəri ilə müəyyən etdiyini icra edəndir. Bu isə Onun elminin, qüdrətinin və qədərinin kamilliyindəndir.

Ötən ayə Uca Allahın bu ayəsinin mənasındadır: «1. (Ey Peyğəmbər!) Ən Uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de! 2. O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. 3. O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi.» (əl-Əla: 1-3). Yəni Uca Allah qədər təyin etmiş və məxluqatını da bu qədərə müvəffəq etmişdir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin