«51. (Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?”» Firon Musaya deyir: "Əgər sənin Rəbbin qədəri müəyyən edib yaradan və məxluqatını bu qədərə müvəffəq edəndirsə, demək onunla bərabər başqa heç kəsin ibadət olunmağa haqqı yoxdur. Elə isə nə üçün əvvəlki nəsillər Ondan başqasına ibadət etmiş, sənin də bildiyin ulduzları və bütləri Ona şərik qoşmuşlar?! Məgər əvvəlki nəsillər mənim dediklərimi dərk edə bilməyiblər?! «52. (Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!”» Onların Allahdan başqasına ibadət etmələri sənin üçün əsas ola bilməz. Bu heç mənim dediklərimə də zidd çıxmır. Çünki onlar da sənin kimi cahil idilər. Onların etdikləri böyük və ya kiçik əməllərin hamısı əməl dəftərlərində onların əleyhinə yazılmışdır. Buna görə Rəbbim onların cəzasını verəcəkdir. O heç kəsə zərrə qədər də olsa zülm etməz. Çünki bəndələrin bütün əməlləri onun dərgahındakı kitabda yazılmışdır. Bu kitabdan heç nə yan keçməz, nə də Rəbbim heç nəyi unutmaz".
Sonra Musa Rəbbinin əşyaları yaratmaqda, yeri döşəmə, səmanı yıxılmayan tavan etməkdə təzahür edən qüdrətini və əzəmətini xatırlatdı. Bəndələri, ev və çöl heyvanlarını ruziləndirmək üçün buludları və yağışı ram etdiyini bildirdi. Uca Allah buyurur: «54. (Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün əlamətlər vardır!» Bunda doğru ağıl və sağlam fitrət sahibləri üçün ibrət dərsi vardır.
Uca Allah Yaradan və ruzi verəndir. Uca Allah buyurur: «21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! 22. O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın!» (əl-Bəqərə: 21-22).
Uca Allah yeri yağış ilə diriltiyini, oradan bitkiləri çıxartmaqla yeri tərpətdiyini xatırlatmaqla ölümdən sonra dirilməyə işarə etdi və dedi: «55. Sizi də ondan» yerdən «yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan dirildib çıxardacağıq.» (Taha: 49-55). «Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!» (əl-Əraf: 29). «27. Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!» (ər-Rum: 27).
Dostları ilə paylaş: |