Rəhman və Rəhim olan Allahın adı ilə


BAYRAM GÜNÜ 56. Biz, ayələrimizin hamısını ona göstərdik. Lakin onları yalan sayıb qəbul etmədi



Yüklə 3,81 Mb.
səhifə336/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   332   333   334   335   336   337   338   339   ...   532
BAYRAM GÜNÜ
56. Biz, ayələrimizin hamısını ona göstərdik. Lakin onları yalan sayıb qəbul etmədi.

57. (Firon) dedi: “Ey Musa! Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağa gəlmisən?

58. Elə isə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf çıxmayaq. Bu əlverişli bir yerdə olsun!”

59. (Musa) dedi: “Sizə verilən vədə sizin bayram gününüz və camaatın toplaşacağı günorta vaxtıdır!” (Taha: 56-59).

Uca Allah Fironun bədbəxtliyindən, qatı cahilliyindən və dayaz ağlından xəbər verir. Belə ki, o Allahın möcüzələrini yalan hesab edir, haqqa boyun əyməkdə təkəbbürlük göstərirdi. Bu azmış kimi Musaya deyirdi ki, sənin göstərdiyin bu möcüzələrin hamısı sehrdir. Biz də eyni sehrlə sənə cavab verəcəyik. Sonra Musadan müəyyən günə və məkana vədə istədi. Elə Musanın istədiyi də bu idi ki, insanların gözü önündə Allahın möcüzələrini hər kəsə aşkar şəkildə göstərsin. Buna görə Musa dedi: «Sizə verilən vədə sizin bayram gününüzdür.» Bu onların bayram etdikləri və hər kəsin toplaşdığı gün idi. «Camaatın toplaşacağı günorta vaxtıdır!» Bu vaxt səma günəşli olduğu üçün hər kəs haqqı aşkar şəkildə, heç bir bəhanə olmadan görə bilərdi. Musa vədəsini gecə vaxtına salmadı ki, insanların yalan iradlarına yer qalmasın. Musa vədəsini günorta vaxtına, hər kəsin görməsi mümkün olan bir zamana saldı. Çünki o, Rəbbinə arxayın idi. O yəqin bilirdi ki, qibtilər istəməsələr də, Uca Allah Öz dinini və möcüzəsini üstün tutacaqdır.

Uca Allah buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin